Dünya bazarlarında "Azeri Light" (CIF) markalı efti ucuzlaşıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0,80% ucuzlaşaraq 72,20 ABŞ dolları olub.
Azərbaycan neftinin əvvəlki qiyməti 72,78 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.