Ucnoqta.az
www.ucnoqta.az

Salyanda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurdu - ölən var

09:30 - 21 Fevral 2026 tarixində dərc olunub.

Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.

Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: Ucnoqta.az redaksiyası