Ucnoqta.az
www.ucnoqta.az

Almaniya vətəndaşlarını İranı tərk etmələri çağırdı

21:37 - 20 Fevral 2026 tarixində dərc olunub.

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın mümkün hərbi hücumu təhlükəsi səbəbindən almanları İranı tərk etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə bildirib ki, İranın qonşu ölkələri ilə kommersiya uçuşları və hava nəqliyyatı mövcuddur və quru yolu ilə səyahət də mümkündür.

O, vəziyyətin gərginləşəcəyi təqdirdə konsulluq yardımının göstərilməsinin faktiki olaraq mümkün olmayacağını vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası