Respublika fənn müsabiqəsinə hazırlaşan 21 şagirddən 16 nəfəri məktəb mərhələsində uğur qazanıb.
Ucnoqta.az xəbər verir ki, layihə çərçivəsində Kəlbəcər rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat fənni üzrə hazırlıq keçən 8 şagirdən 5-i, bologiya fənni üzrə 3 şagirddən 2-si, təbiət fənni üzrə 6 şagirddən 5-i, fizika fənni üzrə 4 şagirdin hamısı növbəti mərhələyə keçib. Şagirdlərdən bir nəfəri 100 faiz, bir nəfəri isə 95 faiz nəticə göstərib. Digər şagirdlər isə sualların 70-90 faizini doğru cavablandırıblar.
Hazırda dərsdənkənar məşğələlər 16 nəfər şagirdlə hər fənn üzrə həftədə 3 dəfə olmaqla davam etdirilir.
Layihənin növbəti mərhələsində şagirdlərin Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında, riyaziyyat, fizika, biologiya və təbiət fənnindən respublika fənn müsabiqəsində iştirakı təmin ediləcək.
Xatırladak ki, Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində Kəlbəcər rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbində icra olunan “İstedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığının təşkili” layihəsi çərçivəsində fizika, riyaziyyat, biologiya və təbiət fənləri üzrə təşkil olunub.
Layihənin məqsədi aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığını təşkil etməkdir.