Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

12:07 - 18 Fevral 2026 tarixində dərc olunub.

Ukrayna Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram kanalında yazıb.

 "Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı bir sıra sanksiyalar tətbiq edib".

O izah edib ki, bu tədbir Belarusun Rusiya ilə əməkdaşlığı, xüsusən də Rusiyanın "Oreşnik" raket sisteminin onun ərazisində yerləşdirilməsi ilə bağlıdır.

O əlavə edib ki, Kiyev bu məsələ ilə bağlı tərəfdaşlarla işləyəcək. Zelenskinin veb saytında yerləşdirilən sənədə görə, sanksiyalar 10 il müddətinə tətbiq olunur.

Müəllif: Ucnoqta.az redaksiyası