Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna və Rusiya ilə danışıqlarda irəliləyiş əldə olunub - Uitkoff

08:27 - 18 Fevral 2026 tarixində dərc olunub.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, Cenevrədə keçirilən üçtərəfli müzakirələrin ilk günündən sonra X-də paylaşım edib.

Uitkoffun ABŞ-nin Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlara moderatorluq etdiyini qeyd edib.

Uitkoff bildirib ki, hər iki tərəf nəticələri müvafiq liderlərinə bildirmək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəlib.

Müəllif: Ucnoqta.az redaksiyası