İran lazım gələrsə, Hörmüz boğazını mümkün qədər tez bağlamağa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı kontr-admiral Əlirza Təngsiri bildirib.
"Əgər Hörmüz boğazının bağlanması məsələsi ortaya çıxarsa, donanmamız bu vəzifəni mümkün qədər tez yerinə yetirəcək", - deyə İranın dövlət televiziyası onun sözlərini sitat gətirib.