Ucnoqta.az
www.ucnoqta.az

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16:14 - 16 Fevral 2026 tarixində dərc olunub.

Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunub.

Ucnqoqta.az “Unikal”a istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

44 yaşlı yeni baş həkim 2014-cü ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Urologiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, F.Əhmədov Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğludur. 

Müəllif: Ucnoqta.az redaksiyası