Ucnoqta.az
www.ucnoqta.az

Sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası İrəvanda keçiriləcək

14:59 - 16 Fevral 2026 tarixində dərc olunub.

Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların növbəti iclası yaxın vaxtlarda keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ötən həftənin sonlarında Ermənistanın kurort şəhəri Tsaqkadzorda keçirilən Ermənistan-Azərbaycan dəyirmi masasının iştirakçılarından biri Narek Minasyan Yerevanda keçirilən mətbuat konfransında məlumat verib.

"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların iclası planlaşdırılır. Əvvəlki iclasın Azərbaycanda keçirildiyini nəzərə alsaq, növbəti iclas çox güman ki, Ermənistanda keçiriləcək", - deyə Ermənistan Şurası Analitik Mərkəzinin ekspert köməkçisi Narek Minasyan bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası