Ucnoqta.az
www.ucnoqta.az

Zığ yolunda sürət həddi endirildi

10:39 - 16 Fevral 2026 tarixində dərc olunub.

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda “Dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Müəllif: Ucnoqta.az redaksiyası