Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada meymun çiçəyi xəstəliyi aşkarlandı

00:05 - 16 Fevral 2026 tarixində dərc olunub.

Rusiyada Taylanddan gələn turistlər arasında iki meymun çiçəyi xəstəliyi aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, "Rospotrebnadzor"un məlumatına görə, Rusiyada Taylanddan gələn turistlər arasında iki meymun çiçəyi xəstəliyi aşkar edilib; onlar xəstəxanaya yerləşdiriliblər.

Agentlik həmçinin qeyd edib ki, xəstələrin vəziyyəti qənaətbəxşdir və həyati təhlükəsi yoxdur. Yoluxmuş turistlərlə təmasda olanlar müəyyən edilib və tibbi müşahidə altındadır.

Müəllif: Ucnoqta.az redaksiyası