Kuril adaları sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Unoqqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat dərc edilib.
Mərkəzdən verilən məlumata görə, episentr təxminən 55 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə heç bir məlumat verilməyib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.