Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş məhkum 7 kq narkotiklə saxlanıldı

10:33 - 14 Fevral 2026 tarixində dərc olunub.

Ağcabədidə 7 kiloqram narkotik vasitə aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkun olunmuş İntiqam Ağayev saxlanılıb.

Belə ki, onun üzərinə və narkotiki saxladığı yarımtikiliyə baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Aǧayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası