Ucnoqta.az
www.ucnoqta.az

Polşa və Litva birgə təlim poliqonu yaratmaq niyyətindədirlər

08:50 - 14 Fevral 2026 tarixində dərc olunub.

Polşa və Litva sərhəd qüvvələrini gücləndirmək üçün Kalininqrad vilayətinin yaxınlığında sərhədyanı təlim poliqonu yaratmağı planlaşdırırlar.

Ucnoqta.az xəbər verir ki, bu "The National Interest" jurnalında dərc olunmuş məqalədə yer alıb.

Nəşr qeyd edir ki, iki qonşu respublika arasında birgə təlim poliqonu Suvalki boşluğunu Polşa və Litva qüvvələri tərəfindən idarə olunan NATO forpostuna çevirəcək.

22 dekabrda Litva müdafiə nazirinin müavini Polşanın Suvalki boşluğu daxilində Lazdijai rayonunda hazırda inkişaf etdirilən Litva təlim poliqonunun yanında təlim poliqonu tikməyi planlaşdırdığını açıqlayıb.

Suvalki boşluğu, təxminən 64 km uzunluğunda, Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti ilə həmsərhəd olan Litva-Polşa sərhədinin strateji cəhətdən əhəmiyyətli bir hissəsidir.

Müəllif: Ucnoqta.az redaksiyası