Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə yıxılan şəxs xəstəxanada öldü

08:19 - 13 Fevral 2026 tarixində dərc olunub.

Şəki şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Məmmədov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Ucnoqta.az xəbər verir ki, o, 10 gün əvvəl hamamda yıxılaraq kəllə-beyin travması alıb.

Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Əli Məmmədov bu gün aldığı xəsarətlərdən dünyasını dəyişib.

Müəllif: Ucnoqta.az redaksiyası