Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan millisinin rəqibləri müəyyənləşib

21:48 - 12 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.

Ucnoqta.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə görə, yığma D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.

Müəllif: Ucnoqta.az redaksiyası