Ucnoqta.az
www.ucnoqta.az

Nardaranda ər və arvad dəm qazından zəhərləndi - biri öldü

10:42 - 12 Fevral 2026 tarixində dərc olunub.

Bakıda ər və arvad dəm qazından zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 1962-ci il təvəllüdlü Raşad Əliyev və arvadı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva yaşadığı Nardaran qəsəbəsindəki evdən dəm qazından zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb, arvadı isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası