Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz saxlanılan 8 avtomat, 10 tüfəng aşkarlandı

10:28 - 11 Fevral 2026 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası