İtaliyalı Roberto De Zerbi Fransa futbol klubu Marselin baş məşqçisi vəzifəsindən ayrılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında münasibətlərinə son qoymaq qərarına gəliblər. Qərar klubun sahibi, prezidenti, idman direktoru və məşqçisinin iştirak etdiyi görüşdən sonra verilib.
46 yaşlı De Zerbi 2024-cü ilin iyun ayından bəri "Marsel" klubuna rəhbərlik edirdi. İlk mövsümündə komanda Fransa çempionatında ikinci yeri tutub. Bundan əvvəl məşqçi bir neçə İtaliya klubunda, Ukraynanın "Şaxtyor" klubunda və İngiltərənin "Brayton" klubunda çalışıb.