Ucnoqta.az
www.ucnoqta.az

Bitcoin və Ethereum ucuzlaşıb

07:25 - 11 Fevral 2026 tarixində dərc olunub.

Bazar kapitallaşması baxımından ən böyük iki kriptovalyuta - Bitcoin və Ethereum (ETH) - təxminən 4% azalıb.

Ucnoqta.az xəbər verir ki, Binance kripto birjasının məlumatlarına görə, Bitcoin 2,09% azalaraq 68.644 dollara, Ethereum isə 4,36% azalaraq 2.017.000 dollara düşüb.

Coinmarketcap-a görə, ümumi kriptovalyuta bazar kapitallaşması 2,34 trilyon dollardır. Bunun 1,37 trilyon dolları və ya 58,6%-i Bitcoin, 242,6 milyard dolları və ya 10,4%-i isə Ethereum təşkil edir.

Müəllif: Ucnoqta.az redaksiyası