Ucnoqta.az
www.ucnoqta.az

Suriya Ordusunun bölmələri kürdlərin yaşadığı şəhərdən geri çəkilir

23:33 - 10 Fevral 2026 tarixində dərc olunub.

Suriya Keçid Hökumətinin Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı kürdlərin yaşadığı Haseke şəhərindən ordu bölmələrinin geri çəkilməsinə başlandığını elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi kommünikedə bildirilib.

Qeyd olunur ki, qoşunlar 2 fevraldan bəri Haseke və ətrafında tutduqları mövqelərdən geri çəkilir və onları Daxili Təhlükəsizlik Qüvvələrinin bölmələrinə təhvil verir.

Orada həmçinin bildirilir ki, kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri eyni vaxtda şəhəri tərk edir və onun xaricindəki bazalarına gedir.

Kommünikedə vurğulanır ki, bu əməliyyat Suriya hakimiyyəti ilə kürdlər arasında əldə edilən razılaşmaya uyğun olaraq həyata keçirilir. 

Müəllif: Ucnoqta.az redaksiyası