Ucnoqta.az
www.ucnoqta.az

Ahılların kartlarından oğurluq edən şəxs tutuldu

09:57 - 10 Fevral 2026 tarixində dərc olunub.

Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən Coşqun Hüseynovu saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, əvvəllər məhkum olunmuş 30 yaşlı C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.

Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.

C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası