Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan və ABŞ arasında 11 milyon dollarlıq PUA satışı təsdiqləndi

20:09 - 9 Fevral 2026 tarixində dərc olunub.

Ermənistan və ABŞ nüvə enerjisi əməkdaşlığı sazişi üzrə danışıqları yekunlaşdıran birgə bəyanat imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə birgə brifinqdə açıqlayıb.

"Bir neçə dəqiqə əvvəl vitse-prezident Vens və mən Ermənistan və ABŞ hökumətləri arasında sülhməramlı nüvə enerjisi əməkdaşlığı haqqında 123-cü saziş üzrə danışıqları yekunlaşdıran birgə bəyanat imzaladıq. Bu saziş Ermənistan-Amerika enerji əməkdaşlığının dərinləşməsində yeni bir fəsil açacaq və Ermənistanın enerji müxtəlifliyini təşviq edəcək", - Paşinyan bildirib.

Həmçinin TRIPP fondu Ermənistana əhəmiyyətli dərəcədə özəl kapital yönəldəcək. İlkin investisiyaların 5 milyard dollara çatacağı gözlənilir, ikinci mərhələ üçün əlavə 4 milyard dollar planlaşdırılır.

Ermənistana 11 milyon dollar dəyərində pilotsuz kəşfiyyat texnologiyasının satışı da təsdiqlənib.

Müəllif: Ucnoqta.az redaksiyası