Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin vitse-prezidenti ilə Paşinyan arasında danışıqlar başlayıb

18:44 - 9 Fevral 2026 tarixində dərc olunub.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar Yerevanda başlayıb.

Ucnoqta.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Vens Ermənistanın baş nazirinin iqamətgahına gəlib və orada onu Nikol Paşinyan qarşılayıb. Danışıqlar qapalı qapılar arxasında, qapalı şəkildə keçirilir.

Vens və həyat yoldaşı Uşa bu gün Ermənistana rəsmi səfərə gəliblər.
Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası