Ucnoqta.az
www.ucnoqta.az

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadıldı

16:42 - 9 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası