Ucnoqta.az
www.ucnoqta.az

"BMW"ni "prava"sız sürən şəxs həbs olundu

09:45 - 8 Fevral 2026 tarixində dərc olunub.

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası