Ucnoqta.az
www.ucnoqta.az

Polis 165 nəfəri saxladı - DİN

11:47 - 7 Fevral 2026 tarixində dərc olunub.

Fevralın 6-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 165, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası