Ucnoqta.az
www.ucnoqta.az

Allahşükür Paşazadə Vatikana gedir

11:42 - 7 Fevral 2026 tarixində dərc olunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

QMİ-nin Mətbuat xidmətindən bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A.Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın Dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Müəllif: Ucnoqta.az redaksiyası