Almaniya hakimiyyəti NATO-nun gizli OPLAN DEU planının bir hissəsi olaraq, Belarusla sərhəddən təxminən 30 km məsafədə, Litvanın Rudninkai şəhəri yaxınlığında 5000-dən çox alman əsgəri, eləcə də 105 Leopard 2A8 tankı yerləşdirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə 5 fevralda The National Interest (NI) məlumat yayıb.
Jurnalın məlumatına görə, bu, Berlinin İkinci Dünya Müharibəsindən bəri xaricdə daimi qüvvələr yerləşdirdiyi ilk haldır.