Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-İran danışıqlarında bu məsələ gündəmdən çıxarıldı

10:21 - 6 Fevral 2026 tarixində dərc olunub.

Omanda keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyi İslam Respublikasının nüvə proqramı ilə məhdudlaşacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti Yaxın Şərq ölkəsinin hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ İranın ballistik raket proqramını, eləcə də Yaxın Şərqdəki ümumi təhlükəsizlik məsələlərini gündəmdən çıxarmağa razı olub.

Mənbə Vaşinqtonun bu şərtlərə Qətər, Səudiyyə Ərəbistanı və Omanın təsiri altında razılaşdığını bildirib. Eyni zamanda, qəzet qeyd edib ki, Yaxın Şərq ölkələri ümumiyyətlə ABŞ-a diplomatik həll yolu lehinə güc tətbiqindən imtina etmək üçün təzyiq göstərirlər.

Müəllif: Ucnoqta.az redaksiyası