Ucnoqta.az
www.ucnoqta.az

Masazırda 33 yaşlı kişi dəm qazından boğuldu

09:18 - 6 Fevral 2026 tarixində dərc olunub.

Abşeronda 33 yaşlı kişi dəm qazından boğulub.

Ucnoqta.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Ramazanov Hüseyn Yasən oğlu kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z. Tağıyev küçəsi ev 3 ünvanında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası