Almaniya nümayəndə heyətini Ər-Riyad hava limanına aparan karvandakı mikroavtobus qəzaya uğrayıb və nəticədə kansler Fridrix Merzin Qətərə uçuşu gecikib.
Ucnoqta.az bildirir ki, bu barədə Bild qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, qəza hava limanından 2,7 km aralıda baş verib. Heç kim xəsarət almayıb. Sürücü digər nəqliyyat vasitələrindən yayınaraq nəqliyyat vasitəsini yol kənarında saxlayıb.
Qəzetin məlumatına görə, hadisə barədə dərhal Almaniya səfirliyinə məlumat verilib. Almaniya kansleri və onun müşavirləri nümayəndə heyətinin qalan üzvlərinin gəlməsini hava limanında gözləməli olublar.
Uçuş nəticədə 15 dəqiqədən az gecikib.