Ucnoqta.az
www.ucnoqta.az

Çin Rusiya ilə ABŞ arasında müqavilənin ləğvindən narahatdır

11:54 - 5 Fevral 2026 tarixində dərc olunub.

Çin Rusiya ilə ABŞ arasında Yeni START Müqaviləsinin ləğvindən təəssüflənir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian brifinqdə bildirib.

XİN sözçüsü qeyd edib ki, Rusiya ilə ABŞ arasında Yeni START Müqaviləsinə gəldikdə, Çin müqavilənin ləğvindən təəssüflənir. Bu müqavilə qlobal strateji sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edirdi.

Diplomatın sözlərinə görə, beynəlxalq ictimaiyyət Yeni START-in ləğvinin beynəlxalq yayılmama sisteminə mənfi təsir göstərəcəyindən narahatdır.

Müəllif: Ucnoqta.az redaksiyası