Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

11:19 - 5 Fevral 2026 tarixində dərc olunub.

Fevralın 4-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası