Ucnoqta.az
www.ucnoqta.az

"Sənsiz çox çətindir" - Xoşqədəm Hidayətqızı

11:01 - 5 Fevral 2026 tarixində dərc olunub.

"ARB” televiziyasında yayımlanan "Səni axtarıram” verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum anası Ofeliya Baxşəliyeva ilə bağlı paylaşım edib.

Aparıcı anasının görüntülərini yayaraq bunları yazıb:

"Doğum günün mübarək, gözəl anam. Məkanın cənnət olsun. Sənsiz çox çətindir".

Qeyd edək ki, aparıcının anası uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

Müəllif: Ucnoqta.az redaksiyası