Ucnoqta.az
www.ucnoqta.az

Qardaşı uşaqlarını baltalayan əmi öldü

14:05 - 4 Fevral 2026 tarixində dərc olunub.

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

Ucnoqta.az xəbər verir ki, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi. ///Qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası