Vaşinqton administrasiyası Bolivar Respublikasından bir yük neft satışından əldə edilən 500 milyon dollar məbləğində Venesuela hakimiyyətinə ödənişi başa çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters agentliyi ABŞ rəsmisinə istinadən məlumat verib.
O, vəsaitin ABŞ hökumətinin qərarı ilə Venesuela xalqının maraqlarına uyğun olaraq bölüşdürülməli olduğuna əminlik bildirib. Satılan neftin dəqiq həcmi göstərilməyib.
Rəsmi əlavə edib ki, Vaşinqton gələcəkdə Venesuela neft satışından əldə edilən vəsaiti ABŞ-dakı fonda köçürmək niyyətindədir. Daha sonra bu vəsait ABŞ-ın icazəsi ilə Venesuela hakimiyyətinə köçürüləcək.