ABŞ Nümayəndələr Palatası hökumətin bağlanmasının qarşısını almaq üçün bir sıra qanun layihələrini təsdiqləyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Senatdan sonra ABŞ Nümayəndələr Palatası 2026 maliyyə ilinin sonuna (30 sentyabr) qədər federal hökuməti maliyyələşdirmək üçün bir sıra qanun layihələrini təsdiqləyib və bununla da hökumətin daha bir bağlanmasının - fəaliyyətinin qismən dayandırılmasının qarşısını almağa yol açıb.
Paket 217 lehinə, 214 əleyhinə səs aldı. Sənəd imzalanması üçün Prezident Donald Trampa göndəriləcək.