Ucnoqta.az
www.ucnoqta.az

Norveç Parlamenti monarxiyanın saxlanmasına səs verdi

18:15 - 3 Fevral 2026 tarixində dərc olunub.

Norveç kral ailəsinin amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı araşdırma zamanı Norveç Parlamenti üzvlərinin 83%-dən çoxu monarxiyanın saxlanmasına səs verib.

Ucnoqta.az xəbər verir ki, Reuters bu barədə səsvermənin nəticələrinə istinadən məlumat yayıb.

Nəticələrə görə, parlamentin 169 üzvündən 141-i monarxiyanın saxlanmasına səs verib. Daha 26 üzv gələcəkdə Kral V Haraldın və onun nəslinin hakimiyyətinə son qoyulmasını dəstəkləyib.

Müəllif: Ucnoqta.az redaksiyası