Ucnoqta.az
www.ucnoqta.az

Robot qaçış yolunda dünya rekordu qırdı

16:15 - 3 Fevral 2026 tarixində dərc olunub.

Çinli humanoid robot Bolt təcrübə şəraitində qaçış yolunda 10 m/s sürətlənərək dünya rekordu qırıb.

Ucnoqta.az xəbər verir ki, bu onun tərtibatçısı olan "Zhejiang" Universitetinin Hangzhou Beynəlxalq Elm və Texnologiya İnnovasiya Mərkəzinin açıqlamasında deyilir.

Bolt adı 2009-cu ildə 100 metr məsafədə 9,58 saniyəyə dünya rekordu qıran Yamaykalı sprinter Usain Boltun şərəfinə verilib.

Qaçış zamanı android təhlükəsizlik kabelləri ilə xüsusi çərçivəyə bərkidilib.

Müəllif: Ucnoqta.az redaksiyası