Ucnoqta.az
www.ucnoqta.az

Yerevan KTMT-nin işində heç bir formada iştirak etmir - Simonyan

14:49 - 3 Fevral 2026 tarixində dərc olunub.

Ermənistan Parlamentinin sədri Alen Simonyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) heç bir formatda iştirak etmədiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Simonyan factor.am saytına verdiyi müsahibədə deyib.

"Ermənistan KTMT daxilində heç bir prosesə daxil deyil və heç bir prosedurda iştirak etmir" - Simonyan Ermənistanın KTMT-nin üzvü olaraq qalması və təşkilat tərəfindən qəbul edilmiş bütün sənədləri imzalaması ilə bağlı şərhlərə cavab olaraq bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası