Ucnoqta.az
www.ucnoqta.az

İtaliya prezidenti Olimpiya barışığına çağırış etdi

08:18 - 3 Fevral 2026 tarixində dərc olunub.

İtaliya Prezidenti Sercio Mattarella Milan və Kortina d'Ampezzoda keçirilən oyunlar zamanı Olimpiya Barışığına çağırış edib. 

Ucnoqta.az xəbər verir ki, onun şərhlərini ANSA xəbər agentliyi tərəfindən yayıb.

Mattarella Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 145-ci Sessiyasında çıxış edib.

Prezident Martin Lüter Kinqin sözlərini sitat gətirərək deyib: "Qoy idmanın silahsız gücü silahları susdursun".

İtaliya prezidentinin sözlərinə görə, Olimpiya Oyunları bu çox çətin dövrlərdə bir mesaj göndərən böyük qlobal tədbirdir.

Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyada keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası