Ucnoqta.az
www.ucnoqta.az

Polşaya Belarus ərazisindən hava şarları buraxılıb

14:46 - 2 Fevral 2026 tarixində dərc olunub.

Polşa hərbi qüvvələri Belarusdan qaçaqmal siqaret daşıyan hava şarlarının gəldiyini üçüncü gecə ardıcıl olaraq qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat verib.

Polşa hərbçiləri qeyd ediblər ki, Belarusdan hibrid hadisələrin miqyası əvvəlki gecələrlə müqayisədə açıq-aydın daha kiçik olub" və vəziyyət təyyarə uçuşları və ya Respublika vətəndaşları üçün təhlükə yaratmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası