Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tələbə qız yol qəzasında vəfat etdi - FOTO

13:33 - 2 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycanda III kurs tələbəsi ölüb.

Ucnoqta.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi 2006-cı il təvəllüdlü Səma Cəmaləddin qızı Mirzəyeva vəfat edib.

S.Mirzəyeva ötən gün Bakı–Quba avtomobil magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

O, "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə təhsil alırdı.

Qeyd edək ki, Bakı-Quba yolunda magistralın Sumqayıt şəhəri ərazisindən - Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobilin toqquşması nəticəsində Səma ilə yanaşı qardaşı 2001-ci il təvəllüdlü Mirzəyev Ramal da həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası