Rusiyanın ən varlı iş adamlarının sərvəti yanvar ayında 19,4 milyard dollar artıb.
Ucnoqta.az xəbər verir ki, şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan Bloomberg Milyarderlər İndeksinə görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti 2026-cı ilin yanvar ayında 19,392 milyard dollar artıb.
Bloomberg Milyarderlər İndeksinə görə, Norilsk Nikel şirkətinin prezidenti Vladimir Potanin ilin əvvəlindən 3,46 milyard dollar qazanaraq sərvətini 29,9 milyard dollara çatdırıb. EuroChem və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 2,83 milyard dollar artaraq 21,8 milyard dollara çatıb.
Bu arada, Novatek şirkətinin baş direktoru Leonid Mixelson 2026-cı ilin yanvar ayında 1,93 milyard dollar qazanaraq sərvətini 25,6 milyard dollara çatdırıb.
"Lukoil" şirkətinin təsisçisi Vaqit Ələkbərov 1,55 milyard dollar qazanaraq sərvətini 24,1 milyard dollara çatdırıb.
Telegram mesajlaşma tətbiqinin həmtəsisçisi Pavel Durov ən böyük itki ilə üzləşib, onun sərvəti 786 milyon dollar azalaraq 13,6 milyard dollara düşüb.