Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan gəncliyinə olan yüksək dəyərin bariz nümunəsi

12:38 - 2 Fevral 2026 tarixində dərc olunub.

"Azərbaycan gəncliyi bu gün dövlətimizin gücü və gələcəyimizin əsas təminatıdır. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və etimad ölkəmizin sabahının savadlı, vətənpərvər gənclərə həvalə olunduğunu bir daha sübut edir. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi qayğı və təbrik mesajları Azərbaycan gəncliyinə olan yüksək dəyərin bariz ifadəsidir".

Bu fikirləri Ucnoqta.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova səsləndirib. O bildirib ki, gənclərimiz elm, təhsil, mədəniyyət və digər sahələrdə uğurları ilə yanaşı, Qarabağ uğrunda canlarından keçərək Vətən tarixinin şərəfli səhifələrini yazdılar və xalqımızın əbədi qürur mənbəyinə çevrildilər:

"Bu əlamətdar gündə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara sağlamlıq, uğur və şərəfli, işıqlı gələcək arzulayıram".

Müəllif: Ucnoqta.az redaksiyası