ABŞ prezidenti Donald Tramp pedofil maliyyəçisi Ceffri Epşteynin şəxsi adasına heç vaxt baş çəkmədiyini vurğulayıb.
Ucnoqta.az xəbər verir ki, o, "Truth Social"da yazıb. Tramp mükafatlandırma mərasimində Tramp və keçmiş ABŞ prezidenti Bill Klintonun adaya səfər etməsi ilə bağlı zarafat edən Cənubi Afrikalı komediyaçı və Qremmi mükafatlarının aparıcısı Trevor Noaya cavab olaraq bildirib.
Tramp aparıcını şərhlərinə görə məhkəməyə verməklə hədələyib.
"Görünür, vəkillərimi bu yazıq, acınacaqlı, istedadsız, axmaq aparıcını məhkəməyə vermək və bunun üçün çoxlu pul tələb etmək məcburiyyətində qalacağam. Hazırlaş, Noa, səninlə bir az əylənəcəyəm!" - deyə Amerika lideri bildirib.
Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.