Ucnoqta.az
www.ucnoqta.az

Çində 4 nəfər edam edildi

07:56 - 2 Fevral 2026 tarixində dərc olunub.

Çin hakimiyyəti narkotik satışı və adam oğurluğu ilə məşğul olan dörd şəxsə ölüm hökmünü icra edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Edamlar Şençjen şəhərində (Cənubi Quanqdonq əyalətində) baş tutub.

İstintaqa görə, cinayətkarlar qəsdən adam öldürmə, şikəst etmə, fırıldaqçılıq, qumar və fahişəxana təşkil etmə də daxil olmaqla müxtəlif cinayət məcəlləsi maddələri ilə cinayətlər törədiblər.

Rəsmi hesablamalara görə, Myanmada cinayətkar şəbəkələrlə əlaqəli fırıldaqçıların qanunsuz gəlirləri 29 milyard yuanı (Çin Mərkəzi Bankının hazırkı məzənnəsi ilə təxminən 4,2 milyard dollar) keçib. Bu şəxslər həmçinin təxminən 11 ton metamfetaminin istehsalı və satışı ilə də əlaqəlidirlər.

Müəllif: Ucnoqta.az redaksiyası