Tramp BMT-nin qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Politico"ya verdiyi müsahibədə BMT-nin qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı olduğunu bildirib.
"Düşünmürəm ki, bu, uyğundur. BMT Nyu-Yorkdan ayrılmayacaq, ABŞ-dan ayrılmayacaq, çünki BMT-nin böyük potensialı var", - deyə o bildirib.
Bir müddət əvvəl "The New York Times" qəzeti BMT rəsmisinə istinadən bildirib ki, qlobal təşkilat vəsaiti tükənərsə, işini azaltmalı və ya hətta Nyu-Yorkdakı qərargahını bağlamalı olacaq.
Tramp əlavə edib: "Müharibələri dayandırmaq üçün mən olmadığım zaman BMT bunu edə bilər. Onun böyük potensialı var. İnanılmazdır", - deyə o əlavə edib.
Prezident bəzi ölkələrin BMT üzvlük haqlarını ödəməməsi məsələsini asanlıqla həll edə biləcəyinə əminliyini bildirib.