Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda baltalanan yeniyetmələrdən biri öldü

21:46 - 1 Fevral 2026 tarixində dərc olunub.

Cəlilabadda əmisi tərəfindən baltalandığı iddia edilən iki yeniyetmədən biri, 2012-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyeva xəstəxanada ölüb.

Ucnoqta.az xəbər verir ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Digər azyaşlının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. ///Report

Müəllif: Ucnoqta.az redaksiyası